Ukrayna Prezidenti Petro Poroşenko ABŞ Dövlət katibi Reks Tillersonla telefon danışığı aparıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, danışıq zamanı tərəflər Donbas böhanı və Rusiyanın bölgədəki fəaliyyətini müzakirə ediblər.
Poroşenko anti-rusiya sanksiyalarına görə Tillersona təşəkkür edib. O bildirib ki, sanksiyalar Rusiyanın bölgədəki siyasətini dəyişməyə imkan yaradacaq.