İranın Yəməndən Səudiyyə Ərəbistanına atılan raketlə heç bir əlaqəsi yoxdur.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər nazirinin sözçüsü Bəhram Qasımi deyib.
O bildirib ki, Ər-Riyadın bu ittihamları ədalətsiz və təxribat xarakterlidir.
Qeyd edək ki, Səudiyyə şahzadəsi Mansur bin Mukrinin və 8 yüksək vəzifəli məmurun olduğu vertolyot Yəməndəki husilər tərəfindən vurulub. Ər-Riyad husilərə əmrin Tehran tərəfindən verildiyini bildirib.