6 Noyabr 2017 17:58
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əs-Səud iki gün öncə istefa verən Livanın baş naziri Saad Hariri ilə görüşəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ər-Riyad rəsmiləri məlumat yayıb.

Qeyd edək ki, Həriri ona qarşı sui-qəsd hazırlandığını bəyan edib. O, İranı ərəb dövlətlərini dağıtmaq cəhdində günahlandırıb.

Saad Həriri hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı dövrün ab-havası ilə oxşar olduğunu deyib.


Müəllif: Samir

Oxşar xəbərlər