ABŞ prezidenti Donald Trampın Yaponiyaya səfəri zamanı səsləndirdiyi fikirlər Rusiyada narahatlıq doğurub.
Teleqraf.com xəbər verir ki, Rusiya parlamentinin Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevə görə, Tramp Yaponiyada nüvə müharibəsinin ilkin mesajlarını verib:
"Şimali Koreyanı təhlükəli silahlarla təhdid etmək problemi həll etməyəcək. Əgər ABŞ Yaponiyaya son dərəcədə təhlükəli silahları versə, Koreya nüvə inkanlarından yararlana bilər".
Qeyd edək ki, Tramp Yaponiya səfəri zamanı Yaponiyanın ABŞ-dan alacağı silahlarla Şimali Koreyaya məxsus raketləri asanlıqla vurmağın mümkün olduğunu bildirib.