Təbriz şəhərinin yeni bələdiyyə başqanı İrəc Şahin Baherin təqdimetmə mərasimi keçirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, mərasimdə çıxış edən Baher qarşıdakı planları ilə ilə bağlı geniş məlumat verib:
“Təbriz 2018” layihəsi işə düşənədək Azərbaycan Meydanı, "Məqbərətül-şüəra" (Şairlər məqbərəsi) və Beynəlxalq Konfranslar Mərkəzi layihələrində işləri yekunlaşdırmağa çalışacağıq”, - deyə o vəd verib.
Qeyd edək ki, Baheri ötən ay Şəhər Şurasının 13 üzvündən 7-nin səsini qazanaraq Təbrizin 56-cı bələdiyyə başqanı seçilib.