Donald Tramp prezident seçildikdən sonra ilk dəfə məğlubiyyətə uğrayıb.
Teleqraf.com xəbər verir ki, müxalifətdə olan Demokratlar Partiyasının namizədləri sonuncu prezident seçkilərindən sonra ilk dəfə yerli bələdiyyə seçkilərində Trampın namizədlərinə qalib gəliblər.
Virciniya ştatında demokratların namizədi Ralp Notham Respublikaçılar Partiyasının namizədi Ed Gillespi ilə mübarizə aparıb və qələbə qazanıb.
Bundan başqa, ilk dəfə cinsi azlığın nümayəndəsi Tramp tərəfdarını məğlub edərək əyalət məclisinə seşilib.
Nyu Cersi seçkilərində Foyl Merfi səkkiz il mer vəzifəsini tutan respublikaçı Kris Kristeni məğlub edib. Nyu Yorkda demokratların namizədi olan bələdiyyə sədri Bill Blasio isə vəzifəsini qorumağı bacarıb.
Xatırladaq ki, ABŞ prezidenti Tramp Virciniyada respublikaçıların namizədi Ed Gillespə açıq dəstək vermiş, Tvitter vasitəsilə onun seçki kampaniyasına qoşulmuşdu. Tramp seçiciləri Gillespə səs verməyə dəvət edirdi.
Nəticələr açıqlandıqdan sonra Tramp Tvitterdə Ed Gillespslə bağlı fikrini yazıb: “Çox çalışdı, ancaq seçkilərdə qalib gələ bilmədi”.