9 Noyabr 2017 13:58
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Livana hücuma hazırlaşır. Məqsəd Livanın 65 faiz ərazisini əhatə edən Hizbullah strukturlarını ələ keçirməkdir.

Teleqraf.com xarici KİV-də yayılan materiallara istinadla xəbər verir ki, İsrail dünya ölkələrindəki səfirlərindən Livanla bağlı hərəkətə keçməyi tələb edib.

Qeyd edilir ki, gözlənilən hücumdan öncə İsrailin 100 hərbi təyyarəsi təlim keçib.

İddialara görə, İsrailin Livana hücumu ilə paralel ABŞ liderliyi ilə qurulan koalisiya Yəmən və Qətərə qarşı hərbi əməliyyat başlada bilər.

İsrail Livana hücum edərkən Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanı da Qətərlə bağlı ciddi addımlar atacaq. ABŞ-ın rəhbərliyi ilə hazırlanmış plana görə Körfəzdən İraq və Suriyaya uzanan xətt boyunca məhzəb qarşıdurmaları başlanacaq və bir çox ölkələrin xəritəsi dəyişəcək.

İranın bu hücumlara Bəhreyn üzərindən cavab verəcəyi ehtimal edilir.

Yaxın Şərq üzrə mütəxəssis Məhəmməd Maşarğa deyib ki, ABŞ-İsrail-Səudiyyə və BƏƏ ittifaqı tərəfindən hazırlanan ortaq plan uğurla bitsə, ötən şənbə həyatına təhlükə olduğu iddiası ilə istefa vermiş Livan baş naziri Saad Həriri ölkəsinə dövlət başçısı kimi qayıdacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər