22 Noyabr 2017 13:15
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Afrinə hücum edəcəyi ilə bağlı informasiyalardan qorxan PKK terrorçuları müdafiəni gücləndirmək qərarına gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, terror təşkilatının liderləri Qəndildən 500 təcrübəli terrorçunu Afrinə göndərib.

Məlumatlara görə, yeni gələn terrorçular Afrini 4 hissəyə bölüb, tunel və bölgədəki keçid məntəqələrinə nəzarəti ələ alıblar.

Terrorçuların bölgədəki lideri də dəyişdirilib. Hazırda PKK terrorçularına “Renas” ləqəbli Mahmud Berhadan rəhbərlik edir.


Müəllif: Samir

Oxşar xəbərlər