ABŞ YPG terror təşkilatına hərbi yardımını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Vaşinqton 2018-ci ildə İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində YPG-yə 5 min ədəd Rusiya istehsalı AK-47 avtomatları göndərəcəyini açıqlayıb.
Bu arada ABŞ növbəti il üçün İŞİD ilə mübarizəyə 500 milyon dollar ayırıb.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında YPG-yə silah verməyi dayandıracağını vəd edib. Ancaq Pentaqon Trampın bu açıqlamasını inkar edib.