ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında YPG terrorçularına silah göndərməyəcəyini vəd etdi. Biz ABŞ-ın daxili işlərinə qarışmırıq. Ancaq Pentaqon Trampı saymırsa, nəticəsi bizi maraqlandırır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib:
“Çünki ora verilən silahlar bizim üçün təhdiddir. ABŞ rəhbərliyi prezidentin sözünə qulaq aslmalıdır. Biz buna çox önəm veririk və vədlərimə əməl edirik”.
Türkiyəli nazir əlavə edib ki, əgər Afrindən təhlükə gəlsə, türk qoşunları ora daxil olacaq.