BMT-nin himayəsi altında olan Ümumdünya Səhiyyə Təşkilatı , UNİCEF Uşaq Fondu və Beynəlxalq Miqrasiya Təşkilatı Səudiyyə Ərəbistanı başçılıq etdiyi koalisiyanı Yəmən limanlarının blokadasını aradan qaldırmağa çağırıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, BMT təmsilçiləri xüsusilə ticarət əlaqələri, ərzaq, yanacaq və dərmanların idxalının təcili bərpasınin zəruri olduğunu qeyd ediblər. Onların yaydığı bəyanata görə, qısa vaxtda bu blokada aradan qaldırılmasa, 11 milyon insan aclıq və susuzluqdan həlak ola bilər.