4 Dekabr 2017 15:35
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Iran Khodro” şirkətinin istehsal etdiyi 18 ədəd “Soren” markalı avtomobil Ermənistan polisinə təhvil verilib.

Ermənistan polisi artıq bir neçə ildir ki “Iran Khodro”dan avtonəqliyyat vasitələri alır və bu günə qədər 75 avtomobil əldə edib.

Gələn ildən Yerevan hakimiyyətinin ölkəyə köhnə avtomobillərin idxalına qadağa qoyacağını nəzərə alsaq, “Iran Khodro” avtomobillərinin Ermənistana satış həcminin artacağı gözlənilir.

Qeyd edək ki, bir ildir ki İran şirkətinin Yerevanda nümayəndəliyi fəaliyyət göstərir./Trend/


Müəllif: Teleqraf.com