6 Dekabr 2017 15:43
5 243
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:44

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin Ukrayna Ali Radasının önündə çadır quraraq, gecələyən tərəfdarlarına hücum olub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Saakaşvili Feysbuk hesabında məlumat verib:

“Həyəcan! Ali Rada önündəki düşərgəyə hücum oldu. Kim bacarırsa, tez bura gəlsin!”

***

08:55

"Ukraynskaya pravda" agentliyinin əməkdaşları dərhal Ali Rada önünə yollanıblar.

Düşərgədən canlı yayıma qoşulan jurnalistlər Saakaşvili tərəfdarlarını danışdırıblar. Onların sözlərinə görə, hücum polislər tərəfindən törədilib:

"Biz yatmışdıq. Qara geyimli polislər hücum etdi. Xəsarət alanlar var. Bu, özbaşınalıqdı".

***

09:12

Odessanın sabiq qubernatoru Mixail Saakaşvili bildirib ki, polislər onu həbs etmək istəyiblər:

“Onlar sadəcə çadırı səhv salıblar. Qonşu çadıra hücum ediblər. Çox sayda fəal vəhşicəsinə döyülüb.

Mən Ukrayna Prezidenti Petro Poroşenkoya müraciət edirəm: Niyə təxribat törədirsiz? Niyə məcbur edirsiz ki, insanlar müdafiə olunsun? Bu dinc aksiyadır. Təcrübə sizə heç nəyi öyrətməyib?!”

***

10:35

Kiyev polisi səhər saatlarında Saakaşvilinin olduğu düşərgəyə basqınla bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, basqına səbəb axtarışda olan sabiq qubernatorun həbs edilməsi olub:

“Saakaşvilinin saxlanılması ilə bağlı aparılan əməliyyat zamanı onun tərəfdarları polisə hücum edib. Baş verən toqquşmalarda hər iki tərəfdən bir neçə nəfər xəsarət alıb. Saxlanılan olmayıb”.

***

14:19

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilin həbsi ilə əlaqədar xüsusi əməliyyat keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bu arada, sübh tezdən Ali Rada önündə Saakaşvili tərəfdarlarına edilən hücum zamanı yaralananların sayı açıqlanıb. Məlumatlara görə, hadisə nəticəsində azı 10 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Ali Rada isə Saakaşvilinin Ukrayna Prezidenti Petro Poroşenkoya impiçment elan edilməsi çağırışına cavab verib. Rada Poroşenkonun impiçmenti üçün heç bir əsasın olmadığını bildirib.

Bundan başqa, qeyd edilib ki, Saakaşvilini dəstəkləyən ukraynalı deputatlar öz istəyi ilə mandatlarından əl çəkməlidirlər.

***

Böyük Britaniyanın deputatı Ceyn Kollins Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna Ali Radası önündə keçirdiyi mitinqdə çıxış edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, mitinqə qatılması ilə Saakaşviliyə dəstəyini nümayiş etdirmək istədiyini bildirib:

“Mən bu gün Mişa ilə insanların, xüsusən də uşaqların hüquqlarının qorunması barədə danışmaq istəyirəm. Siz inanmazsız ki, mən onun hüquqlarının pozulmasına görə necə pis olmuşam. Bu, sizin - Ukrayna xalqının və Mişanın qələbəsidir”.

Qeyd edək ki, Kollins Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilir.


Müəllif: Samir