ABŞ qırıcıları Cənubi Koreyanın KXDR ilə sərhədində yerləşən poliqondakı hədəflərə atəş açıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə ABŞ ilə Cənubi Koreyanın birgə təlimləri zamanı baş verib.
F-22 qırıcıları verilən tapşırığı uğurla yerinə yetirib.
Qeyd edək ki, genişmiqyaslı təlimdə ABŞ Hərbi Hava Qüvvələrinin 200 qırıcısı iştirak edib.