Türkiyənin İstanbul şəhərində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD-in 26 üzvü həbs edilib.
Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarış-əməliyyat nəticəsində çoxlu sayda maddi sübutlar götürülüb.
Ankarada keçirilən əməliyyat zamanı isə Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olmaqda şübhəli bilinən 47 nəfər tutulub. Onların arasında FETÖ-nün lideri Fətullah Gülənin qardaşı oğlu Salman Gülən də var.