ABŞ Dövlət Departamenti bütün diplomatik missiyalarına təcili teleqram göndərib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, teleqram Qüdslə bağlıdır. Bildirilib ki, dekabr ayının 20-dək mümkün qədər Qüdsə səfərlər edilməsin.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib. Trampın bu qərarı başda Türkiyə və İran olmaqlq bir çox müsəlman ölkələri tərəfindən etirazla qarşılanıb.