7 il əvvəl toyuna bir gün qalmış gecə yuxuda gördüklərindən sonra 27 yaşlı qızın həyatı tamamilə dəyişib.
Teleqraf.com “Esoreiter” nəşrinə istinadla xəbər verir ki, ingiltərəli Ametist Realm baş verənlərlə bağlı ilk dəfə danışıb.
O bildirib ki, həmin gün gecə ruhlar onun qaldığı evə gəlib. Qız 7 il müddətində bir neçə dəfə ruhlarla intim əlaqəyə girdiyini deyib.
İlk vaxtlar onu qara basdığını düşünən qız sonradan bütün olanlara aydınlıq gətirib.
Realm ruhların onu çox razı saldıqları üçün bir daha kişilərlə görüşməyi planlaşdırmadığını bildirib. O, əlavə edib ki, nişanlısından ayrıldıqdan sonra tez-tez belə münasibətə girir.