Ərəb Dövlətləri Liqası (ƏDL) şərqi Qüds paytaxt olmaqla 4 iyun 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin tanınması üçün beynəlxalq istimaiyyətə çağırış edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ƏDL Şurasının yaydığı bəyanatda bildirilib.
Bundan əlavə, ərəb dövlətləri BMT Təhlükəsizlik Şurasına Ağ Evin məlum qərarına baxması üçün müraciət ünvanlamağı planlaşdırırlar. ABŞ hakimiyyətindən isə qərarın ləğvini tələb edirlər.
Bir ay sonra ƏDL Şurasının növbəti iclası keçiriləcək. O cümlədən ƏDL-ə üzv ölkələrin xarici işlər nazirlərinin Qüds məsələsi ilə bağlı İordaniyada fövqəladə sammiti keçirilə bilər.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqası mənzil-qərargahı Qahirədə yerləşən, 22 ərəb dövlətini özündə birləşdirən təşkilatdır.