Türkiyə ölkədən qaçan iş adamı və 9 FETÖ-çu əsgəri İngiltərədən tələb edib.
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Türkiyənin bu tələbini baş nazir Binəli Yıldırım London səfəri zamanı ingiltərəli həmkarı Tereza Meyə çatdırıb. Səfər bir müddət əvvəl baş versə də, indi bəlli olub ki, B.Yıldırım T.Meydən iş adamı Akın İpək, FETÖ-çu Kərim Balçı və İngiltərə Müdafiə Nazirliyinə məxsus qonaq evlərində qaldığı müəyyən edilən 9 əsgərin Ankaraya verilməsini istəyib.