Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin yaxın adamı, oliqarx Sergey Kurçenko ilə danışığı qurama çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri fonoskopiya üzrə ekspert Kiril Uskov deyib.
O bildirib ki, səs yazısı üzərində araşdırma aparıb:
“Səs yazısı 24 hissədən ibarətdir. Bu o deməkdir ki, səs yazısı quramadır. Bu, məhkəmə üçün əsas sübutlardan biridir. Yayımlanan səs yazısı cizgi filmidir”.