14 Dekabr 2017 23:58
618

“Ankara “S-400” komplekslərinin əldə olunmasına dair sazişi Moskva ilə bu həftə imzalaya bilər. Kreditləşmə məsələsi ilə bağlı razılıq demək olar ki artıq əldə olunub”.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“S-400”-lə bağlı heç bir problem yoxdur. Kreditləşmə məsələsi ilə bağlı razılıq əldə olunub, yalnız detallar qalıb. Hazırda hər iki tərəfin mütəxəssisləri məsələ ilə bağlı işi birgə işləməkdə davam edir. İş başa çatdıqda imzalanma olacaq, ola bilsin ki, bu elə bu həftə baş tutdu”, - deyə M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqların yekunlarına dair bildirmişdi ki, Ankara cari həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair məsələni həll edəcək.

V.Putin isə, öz növbəsində, iki ölkə arasında hərbi kredit sazişinin yaxın zamanda imzalanacağına ümid etdiyini bildirib.


Müəllif: Teleqraf.com