Böyük Britaniyanın radikal sağçı Öncə Britaniya Partiyasının liderinin köməkçisi Jayda Fransen saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, avqustda Belfast şəhərində keçirilən mitinqlərdən birində islama qarşı təhqiramiz ifadələr səsləndirdiyi üçün polis bölməsinə gətirilib.
Məhkəmə Fransen barədə 2018-ci il yanvarın 9-dək keçirilən mitinqlərə 500 metrdən az yaxınlaşmamaq qərarını qəbul edib. Bu müddətdə onunla bağlı Britaniya polisi araşdırma aparacaq.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən ay Tvitter hesabında Fransenin paylaşdığı islama qarşı 3 videonu yayımlamışdı.