15 Dekabr 2017 22:36
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza bölgəsində Fələstinə dəstək olaraq keçirilən aksiyanın dağıdılması zamanı daha iki nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, İsrail polisi tərəfindən dağıdılan aksiyada 80-ə yaxın şəxs müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Ölənlər 23 yaşlı Yasir Sukkar və 29 yaşlı İbrahim Ebu Süreyyadır. Sonuncu 2008-ci ildə İsrail tərəfindən atılan raket zərbəsi nəticəsində iki ayağını itirmişdi.

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarından sonra Yaxın Şərqdə gərginlik artıb. Fələstinlilər davamlı şəkildə etiraz aksiyaları keçirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər