Ermənistanda “Maralik” uşaq idman məktəbinin direktoru olmuş Edqar Brutyanın dələduzluq yolu ilə külli miqdarda pul mənimsəməsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə faktı Ermənistan polisi rəsmi məlumatda açıqlayıb.
Xəbərə görə, Edqar Brutyan 2013-2016-cı illər ərzində yunan-roma güləşi üzrə saxta qrup yaradıb və özünü məşqçi-pedaqoq kimi qeydiyyatdan keçirib. Nəticədə məşqçi kimi qanunsuz şəkildə 3 milyon 550 min dram mənimsəyib. Bundan başqa, Brutyan futbol üzrə məşqçidən 1 milyon 114 min dram rüşvət alıb.
Məhkəmə Brutyanı təqsirli bilərək onu 1 milyon dram məbləğində cərimələyib və 1 illik bütün məsul vəzifələrdən uzaqlaşdırıb.