16 Dekabr 2017 14:01
1 021

Suriya kürdləri İŞİD-lə mübarizədən sonra ABŞ-ın bu ölkəni tərk edəcəyindən narahatdır.

Teleqraf.com AFR agentliyinə istinadla xəbər verir ki, kürdlər ABŞ-ı beynəlxalq sponsur kimi görür, lakin ABŞ hərbçilərinin Suriyanı tərk edəcəyi təqdirdə əldə etdikləri siyasi üstünlükləri və torpaqları itirmək narahatlığı ilə yaşayır.

Agentlik bu barədə sadə insanların fikirlərini öyrənib.

Qamışlıda qadın aksesuarları satan Rafea İsmai deyib ki, onları uzun müddət İŞİD-ə qarşı mübarizəyə həvəsləndirmiş ABŞ-ın davranışından narahatdır: “Bizdən istifadə edirlərsə, deməli, bizi unuda da bilərlər”.

Kürd müəllim Naval Farzand isə qeyd edib ki, terrorla mübarizədə ön sırada olduqları üçün dünya onları dəstəkləməlidir:

“Rakkanı xilas etdik. ABŞ bizi buraxıb Türkiyə ilə ittifaq qurmamalıdır”.

YPG-nin qadın qolu olan YPJ nümayəndəsi Məsrin Abdullah isə hesab edir ki, İŞİD-lə mübarizə hələ başa çatmayıb:

“Koalisiya qüvvələri təhlükəsizliyin təminatı üçün burada qalmalıdırlar. Çünki İŞİD hələ də mövcuddur”.


Müəllif: Cavad