Pxenya rəhbərliyinin ABŞ-ın Qüds qərarını qınamasından sonra fələstinli iş adamı Şimali Koreya lideri Kim Çen İnə təşəkkür etmək üçün qeyri-adi kampaniyaya start verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Səlim Raba adlı fələstinli sahibi olduğu restoranın qapısına “Şimali Koreya lideri Kim Çen İnin Fələstin münaqişəsindəki roluna təşəkkür əlaməti olaraq, bu ölkə vətəndaşlarına 80 faiz endirim” sözlərini yazıb.