İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadi ilə bağlı yeni məlumat yayılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsi xəbərini təkzib edib.
Koalisiya nümayəndəsi bildirib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil və koalisiya Əbu Bəkr əl-Bağdadinin harada olmasından xəbərsizdir.