19 Dekabr 2017 12:26
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meşale Tolunun azadlığa buraxılması sevindirici xəbərdir. Ancaq həm də çox sevindirici deyil. Çünki Tolun sərbəst buraxılsa da, Türkiyəni tərk edə bilməyəcək. Məhkəmə prosesi davam edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Almaniya Kansleri Angela Merkel Türkiyədə həbsdə olan jurnalist və tərcüməçi Meşale Tolunun azadlığa buraxılmasına münasibət bildirərkən deyib.

Almaniya Xarici İşlər nazirliyinin sözçüsü Maira Adebahr da Tolunun sərbəst buraxılmasına sevindiyini deyib, ümid edib ki, onun Türkiyənin tərk etməsinə şərait yaradılacaq.

Sözçü əlavə edib ki, Tolun ilə birlikdə 28 Almaniya vətəndaşının Türkiyəni tərk etməsinə icazə verilmir.


Müəllif: Cavad

Oxşar xəbərlər