20 Dekabr 2017 20:03
1 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstin lideri Mahmud Abbas Qüds problemi ilə əlaqədar fikir mübadiləsi aparmaq üçün Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ilə görüşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş bağlı qapılar arxasında baş tutub. Gecə saatlarında Səudiyyə Ərəbistanına gələn Mahmud Abbas xarici işlər naziri Adil əl Cübeyrlə görüşüb. Fələstin lideri daha sonra kralla bir araya gəlib.

Mahmud Abbasın sabah BMT Baş Assambleyası tərəfindən səsverməyə çıxarılacaq qətnamə layihəsi ilə bağlı Səudiyyə Ərəbistanını razı salmağa çalışdığı bildirilir. ABŞ və İsraillə müttəfiq olan Səudiyyə Ərəbistanının səsvermədə hansı mövqeyi sərgiləyəcəyi maraq doğurur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər