23 Dekabr 2017 10:15
1 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya müdafiə xarakterli raketlər göndərəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert açıqlama verib:

“Raketlərin göndərilməsində məqsəd Ukraynanın uzunmüddətli müdafiə qabiliyyətinin təmin olunması, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi və hər hansı mümkün təcavüzdən qorunmasıdır. Ukrayna özünü və dövlət sərhədlərini müdafiə haqqına sahibdir”.

Məlumatlara görə, ABŞ-ın Ukraynaya göndərəcək raketlərinin sayı 210 ədəd, ümumi dəyəri 45 milyon dollardır.

ABŞ Prezidenti Donald Tramp tərəfindən verilən qərar 30 gün müddətində Konqresə təqdim ediləcək.

Qeyd edək ki, qərarın BMT Baş Assambleyasındakı Qüds səsverməsindən sonra verilməsi diqqət çəkib. Ukraynaya bu səsverməyə qatılmaqdan imtina etmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər