Ötən ay fəzaya buraxılan rus peyki proqram xətası səbəbindən səhv istiqamətə yönləndirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib:
“Peykin dəyəri 2,6 milyard rub (45 milyon ABŞ dolları) olub. “Meteor M” adlı peyk proqram xətası səbəbindən səhv yönəldilib və aparata nəzarəti itirmişik. Bu məsələdə günahkar olanlar cəzalandırılacaq. Bu çox utancvericidir”.