ABŞ prezidenti Donald Tramp tvitter mikrobloqunda Çini hədəf alaraq bu ölkənin ünvanına sərt ifadələr işlədib.
Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti Çinin Şimali Koreyaya neft idxal etməyə icazə verdiyini iddia edib: “Çinin Şimali Koreyaya neft daxil olmasına icazə verdiyinə görə hədsiz məyus oldum. Hadisə başında yaxalandınız. Bu hal davam edərsə, Şimali Koreya probleminin dostcasına həlli qəti mümkün olmayacaq”.
Xatırladaq ki, Donald Tramp noyabrda Çinə səfəri zamanı həmkarı Şi Cinpinq ilə Şimali Koreya mövzusunda müzakirə aparmışdı. Çin prezidenti mediaya açıqlamasında Trampla Şimali Koreya probleminin dialoq yolu ilə həll edilməsinin vacib olduğuna dair razılaşdıqlarını və bu istiqamətdə birlikdə çalışacaqlarını söyləmişdi. Tramp öz növbəsində Şi Cinpinqlə həmfikir olduğunu demişdi.