Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili və Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin yaxın adamı Sergey Kurçenko arasında telefon danışığı ilə bağlı aparılan ekspertiza başa çatıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Larisa Sarqan məlumat verib.
O bildirib ki, səs yazısının saxta olduğu təsdiqlənib.