Yanvarın 1-dən ATƏT-ə sədrlik İtaliyaya keçib.
Teleqraf.com xəbər verir ki, İtaliya təşkilata sədrlik edəcəyi 1 il müddətində münaqişələrin həlli, radikalizm, ekstremizm və terrorizmə qarşı mübarizənin diqqət mərkəzində olacağını bəyan edib.
Qeyd edək ki, 2017-ci ildə Avstriya ATƏT-ə sədrlik edib. ATƏT-ə sədrlik 1 il olmaqla, rotasiya qaydasına uyğun olaraq həyata keçirilir.