Avstraliyanın paytaxtı Sidneyin 30 kilometr qərbində dəniz təyyarəsi qəzaya düşüb, 6 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, rəsmi xəbərə görə, suya düşən təyyarə 13 metr dərinlikdən tapılıb, xilasetmə nəticəsində 6 cəsəd çıxarılıb.
Helikopter “Sydney Seaplanes” şirkətinə aid olub və əsasən mənzərə uçuşları üçün istifadə edilib.
Qeyri-rəsmi xəbərlərə görə, təyyarədə 11 yaşında bir uşaqla yanaşı 4 İngiltərə vətəndaşı da olub.