1 Yanvar 2018 19:59
2 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toyda tanış olduğu insanlara inanan qadın İŞİD-ə qoşulub.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, 29 yaşlı aşpaz Ramazan Bozkurt 2008-ci ildə Türkiyənin Muğla vilayətində işlədiyi dövrdə 28 yaşlı Hülya Tuba Olqun ilə tanış olur və evlənir.
Sonra doğma Karaman şəhərinə geri dönürlər. 2014-cü ilə kimi 2 oğulları dünyaya gəlir.
2015-ci ildə Hülya Tuba Olqunun dini meylləri artmağa başlayır, get-gedə radikallaşır. Sonra hicaba bürünür.
Aralarındakı fikir ayrılığına görə cütlük elə həmin il - 2015-ci ildə boşanırlar.

Eks-həyat yoldaşının İstanbulda bir toya getdikdən sonra düşüncələrinin dəyişməyə başladığını deyən Ramazan Bozkurt həyat yoldaşının boşandıqdan sonra böyük oğlunu da götürərək İŞİD-ə qoşulmaq üçün Suriyaya getdiyini deyib. Keçmiş həyat yoldaşının ötən həftə ona telefondan mesaj göndərdiyini bildirib. Hülya Tuba Olqunun artıq İŞİD üzvü olmadığını, PKK-nın Suriya qolu olan YPG tərəfindən əsir götürüldüyü mesajını yazıb.

Mesajda oğlunun vəziyyətinin yaxşı olduğunu deyib və şəkillərini göndərib.

Ramazan Bozkurt Türkiyə dövlətindən oğlunun xilasına kömək, keçmiş həyat yoldaşının cəzasını çəkərək normal həyatına dönüşü üçün yardım istəyib.


Müəllif: Cәmilә

Oxşar xəbərlər