3 Yanvar 2018 20:28
2 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp İran xalqına hörmət etdiyini və "zaman gələndə ona dəstək verəcəyini" bildirib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Tramp bu barədə Tvitter səhifəsində bildirib.

"İran xalqına hörmətlə yanaşıram, çünki korrupsiyaya uğramış hakimiyyət orqanlarından qurtulmaq üçün mübarizə aparır. Zamanı çatanda ABŞ bu mabarizəyə böyük dəstək verəcək", - Tramp yazıb.

Qeyd edək ki, dekabın 28-dən etibarən İranın iri şəhərlərində - Tehran, Məşhəd, İsfahan və Rəştdə kütləvi etiraz aksiyaları keçirilib. Prezident Həsən Ruhani nümayişlərin ölkədəki daxili problemlər və digər dövlətlərin təhriki ilə baş verdiyini bildirib.

Xarici KİV-in məlumatına görə, hadisələr zamanı 26 nəfər həlak olub. Son üç gündə Tehranda etiraz aksiyaları zamanı 450 nəfər saxlanılıb.


Müəllif:

Oxşar xəbərlər