Türkiyə polisi İŞİD terror qruplaşmasının üzvü olmaqda bilinən 26 nəfəri saxlayıb.
Teleqraf.com xəbər verir ki, saxlanılanların yaşadıqları mənzillərdən partlayıcı maddələr hazırlamaq üçün texniki vasitələr, 5 min dollara yaxın pul və istintaq üçün vacib olan digər əşyalar müsadirə edib.
Şübhəlilər Bingöl, İstanbul, Adana, İzmir və Kilis vilayətlərində saxlanılıb. Saxlanılanlar arasında İŞİD-in tanınmış döyüşçüləri də var.