İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatlarının xarici siyasətdəki uğursuzluğunu məzəmmət edib.
Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, nazir İrandakı etiraz mitinqləri ilə əlaqədar ABŞ-ın BMT Təhlükəsizlik Şurasının təcili toplantısının çağırmaq istəməsi, lakin istədiyi dəstəyi ala bilməməsinə görə rəsmi Vaşinqtonu məzəmmətləyib.
O, Tvitter hesabında “ABŞ-ın Təhlükəsizlik Şurasının səlahiyyətlərini qəsb etməsinə imkan verilmədi. Böyük çoxluq nüvə sazişinin tam tətbiqinin və digərlərinin daxili işlərinə müdaxilə edilməməsinin vacibliyini ifadə etdi. Tramp administrasiyası üçün daha bir xarici siyasət uğursuzluğu...”, deyə bildirib.
Qeyd edək ki, ABŞ İrandakı etiraz mitinqləri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq istəsə də, istədiyi dəstəyi ala bilməyb.