İraqda terror aktı törədilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Diyala vilayətində tayfa başçılarından birinin evinin yaxınlığında minalanmış avtomobil partladılıb. Sonra kamikadze evə soxularaq özünü partladıb. Nəticədə tayfa başçısının xanımı və iki qohumu ölüb.
Bəzi mənbələr hadisə zamanı ölənlərin sayının daha çox olduğunu bildirib. Ölənlərin sayının artacağı qeyd olunur.
Partlayış nəticəsində yaxınlıqdakı evlərin bir çoxuna və minik avtomobillərinə ziyan dəyib. İraqın təhlükəsizlik qüvvələri ərazini əhatəyə alıb.