8 Yanvar 2018 19:34
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti yenidən uzadılacaq".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

B.Bozdağ qeyd edib ki, bu qərar Türkiyə hökuməti tərəfindən qəbul olunub.

Baş nazir bildirib ki, bu yaxınlarda fövqəladə vəziyyət rejiminin uzadılması barədə qərar rəsmən qüvvəyə minəcək.

Qeyd edək ki, Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə vəziyyətin gələn ay ləğv ediləcəyi bildirilirdi.


Müəllif: Ayxan

Oxşar xəbərlər