Türkiyənin paytaxtı Ankarada Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) səfirliyinin yerləşdiyi küçəyə Fəxrəddin Paşanın adı verilib.
Teleqraf.com xəbər verir ki, qərar Ankara Bələdiyyə Məclisi tərəfindən qəbul edilib.
Səfirliyin yerləşdiyi prospektə "Mədinə müdafiəçisi", küçəyə isə "Fəxrəddin Paşa" sözləri yazılıb.
"Bundan sönra BƏƏ səfirliyinin ünvanı kimi Mədinə müdafiəçisi prospekti, Fəxrəddin Paşa küçəsi göstəriləcək. Xeyirli olsun!"
Xatırladaq ki, BƏƏ xarici işlər naziri Şeyx Abdullah bin Zayed Tvitterdə Mədinə şəhərinin müdafiəçisi Fahri Paşanın müharibə zamanı (1916-cı il) cinayətə əl atdığını, ərəblərdən pul və qiymətli əşyalar oğurladığını qeyd olunub. Zayed paylaşımın sonunda "bunlar Ərdoğanın babaları və onların ərəblərlə davranışı" ifadəsini işlədib.
Türkiyə BƏƏ-nin Ankara səfirliyinin yerləşdiyi prospekt və küçənin adlarını dəyişməklə ərəb nazirə çox ciddi cavab vermiş oldu.