Rusiya Müdafiə Nazirliyi Rusiyanın Suriyadakı bazasına pilotsuz uçuş aparatı ilə hücum edildiyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, yanvarın 6-da Rusiyanın Suriyadakı Tartus və Hmeymim bazalarına ən azı 13 pilotsuz uçuş aparatı ilə hücum edildiyi iddia olunur. Hücumlar nəticəsində bazalara hər hansı ziyan dəymədiyi bildirilir.
“Kommersant” qəzetinin yanvarın 4-də yayımladığı xəbərdə Rusiyanın Suriyanın Lazkiye vilayətində olan Hmeymim bazasına müxalif qruplar tərəfindən ötən il dekabrın 31-də havadan hücum zamanı 10-dan çox əsgərin yaralandığı və ən azı 7 döyüş təyyarəsinin yararsız hala gətirildiyi vurğulanıb.
Rusiya Müdafiə Nazirliyi isə qəzetin iddialarını təkzib edərək bazalara olunan hücum zamanı itkilərin həqiqəti əks etdirmədiyini bildirib. Hücumla bağlı məsuliyyəti “Müstəqil Şiə Hərəkatı” adlı qruplaşma boynuna götürmüşdü.