25 Aprel 2014 20:07
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Putin suda batarsa, onu xilas edə biləcəyini deyib.

“Əlbəttə ki, prezident Putini xilas edərəm. Məncə, kimliyindən asılı olmayaraq, suda boğulmaq üzrə olan birini xilas etməyə gücüm çatar. Havay adalarında böyümüşəm, pis üzgücü deyiləm”, - Obama deyib.

Qeyd edək ki, bu yaxınlarda Rusiya prezidenti canlı efirdə ölkə vətəndaşlarının suallarını cavablandırarkən, bir nəfər ona belə bir sual ünvanlamışdı: “Necə düşünürsüz, suda batsanız, Obama sizi xilas edərmi?“.

Putin isə cavabında "Obama yaxşı və güclü insandır, düşünürəm ki, məni xilas edər”demişdi.

Nihad


Müəllif: