Ümumdünya Səhiyyə Təşkilatı difteriya xəstəliyi barədə həyəcan təbili çalıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, təşkilat xəstəliyin çox yüksək ölüm riski daşıdığını və sürətlə yayıldığını açıqlayıb:
“Yəməndə çox sürətlə difteriya xəstəliyi yayılır. Ölüm nisbəti çox yüksək olan xəstəliyə indiyə kimi 678 nəfər yoluxub, onlardan 48-i vəfat edib.
Qeyd edək ki, difteriya həyat üçün qorxulu olan kəskin infeksiyon xəstəlikdir. İnfeksiya orqanizmə daxil olduqda özünü yuxarı tənəffüs yolları xəstəliklərinin əlamətləri şəklində büruzə verir. Xəstəlik burun tutulması, udma aktı zamanı boğazda ağırlıq, gözdə zədələrlə özünü göstərir.
Əsas təhlükə xəstəliyin verdiyi soyuqlama əlamətləri deyil, bakteriyaların ifraz etdiyi toksinlərdir. Ürək-damar və əsəb sistemini də bu toksinlər korlayır.