17 Yanvar 2018 15:15
4 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniyada bir qrup şəxs “Yeni Kaliforniya” adlı ilə yeni ştat olaraq müstəqillik elan edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “USA Today” qəzeti məlumat yayıb.

ABŞ Konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndini əsas göstərən qrup başçısı Paul Preston ABŞ-dan deyil, Kaliforniyadan ayrılmaq istədiklərini bəyan edib.

O bildirib ki, hüquqlarının bərpası üçün mitinqlər təşkil edəcəklər.

Preston işlərin 10 və ya 18 aya başa çatacağını qeyd edib.


Müəllif: Samir

Oxşar xəbərlər