20 Yanvar 2018 08:28
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə Əl-Sani ailəsinin üzvü Şeyx Abdullah bin Əlinin Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanarkən stress keçirdiyi üçün intihara cəhd etdiyi barədə xəbərlər yayılıb.

Teleqraf.com-un məlumatına görə, "Əl-Cəzirə" telekanalı Şeyx Abdullaha məxsus səs yazısını üzə çıxarıb.

Səs yazısında Şeyx Abdullahın Əbu-Dabidə saxlanıldığı müddətdə göstərilən təzyiqlərə görə intihara cəhd göstərmək istədiyi qeyd olunur. O həmçinin Qətər böhranının şəxsi maraqlar üzərində qurulduğunu və Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Məhəmməd bin Salmanla Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayidin Qətərin sərvətini ələ keçirmək istədiyini söyləyib.

Məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, bir müddət öncə Şeyx Abdullah bin Əlinin Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayidin qonağı olduqdan sonra saxlanıldığı barədə məlumat yayılmışdı. BƏƏ isə bu məlumatı təkzib etmişdi. Abdullahın qardaşı Şeyx Xalid isə qardaşının BƏƏ paytaxtını tərk etməsi üçün ona mane yaradıldığını və Əbu-Dabidə xəstəxanaya aparıldığını demişdi.


Müəllif: Ayxan

Oxşar xəbərlər