20 Yanvar 2018 00:55
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Afrin əməliyyatının Türkiyə-Amerika əlaqələrini xaosa sürükləyəcəyinə dair iddiaları təkzib edərək Türkiyə ilə nizamlı təmasların davam etdiyini bəyan edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Pentaqon sözçüsü Erik Pahonun fikrincə, bir addım xaosa və ya böhrana səbəb olmur. O, ABŞ-ın müttəfiqi olan Türkiyə ilə əlaqələrin nizamlı olduğunu bildirib.

“Müttəfiqlər eyni qənaəti bölüşməyə bilər, amma birgə fəaliyyət göstərməyə istəkli olurlar. Afrin əməliyyatına gəlincə, orada bizim əsgərlər olmadığı üçün bizə birbaşa təsir göstərmir. Əlbəttə, hər kəsin əsas hədəfimiz olan İŞİD-in məğlubiyyətinə diqqət kəsilməsini görmək istərdik”, - deyə Pahon vurğulayıb.
Pentaqon bundan öncə ABŞ-ın Afrindəki PYD/PKK ünsürlərini İŞİD əleyhinə olan əməliyyatların bir hissəsi kimi görmədiyini bəyan etmişdi.


Müəllif: Kəmalə

Oxşar xəbərlər