Böyük Britaniyanın Avropa Birliyindən çıxması üçün ikinci referendum keçirilməyəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Britaniya Baş naziri Tereza Mey açıqlama verib:
“Birinci referendumda xalq öz fikrini deyib. Biz Avropanı deyil, Avropa Birliyini tərk edirik. Ancaq Avropa Birliyi ilə əməkdaşlığı qoruyub saxlamağa çalışacağıq”.