21 Yanvar 2018 14:40
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında keçirilən “Qadınlar Yürüşü”ndə prezident Donald Trampa qarşı ciddi etiraz olunub.

Teleqraf.com xəbər verir ki, yürüşdə 10 minə yaxın insan iştirak edib. İştirakçılar prezident Donalt Tramp və onun hökümətinə etirazlarını qadınlara aid şeirlər və mahnılar oxumaqla bildiriblər.

Etirazçılardan Lara Kisvani adlı qadın Trampın Qüdslə bağlı qərarına toxunaraq deyib ki, işğal edilən Fələstin və ölkəsi üçün mübarizə aparan 16 yaşındakı Əhməd Tamimi kimi fələstinlilər evlərinə sahib və ailələrinin öldürülmələrinə qarşı çıxdıqları üçün həbs olunur.

Qeyd edək ki, bu il Nyu Yorkdan San Fransiskoya qədər keçirilən yürüşdə də minlərlə qadın Trampa etiraz etmişdi.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər